- Almaniya B.L.
- 00:40 18.10.2026
Almaniya Bundesliqasının 2026/2027 mövsümünün 6-cı turunda “Bavariya” doğma meydanda “Leypsiq”i 6:1 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, Münhendəki “Arena Münhen” stadionunda keçirilən görüşü Tobias Ştiler idarə edib.
Matçda hesabı 12-ci dəqiqədə Luis Dias açıb. Aleksandar Pavloviç 26-cı, Maykl Olise isə 34-cü dəqiqədə fərqlənərək meydan sahiblərinin üstünlüyünü artırıblar.
İkinci hissənin 47-ci dəqiqəsində Luis Dias dublunu rəsmiləşdirib. Harri Keyn 53-cü dəqiqədə hesabı 5:0-a çatdırıb. Dias 69-cu dəqiqədə daha bir qol vuraraq het-trik edib. Qonaqların yeganə qolunu isə 90+1-ci dəqiqədə Andriya Maksimoviç vurub.
Bu qələbədən sonra xallarını 14-ə çatdıran “Bavariya” turnir cədvəlinə başçılıq edir. “Leypsiq” isə 9 xalla 7-ci pillədə qərarlaşıb.