17 dekabr 2025. Çərşənbə

Bundesliqada maraqlı olay - Video


Bundesliqada maraqlı olay - Video

Almaniyanın 2-ci Bundesliqasının 9-cu turunda "Holştayn Kil" - "Bohum" matçında qeyri-adi qayda pozuntusu qeydə alınıb.

Corner.az-ın məlumatına görə, "Holştayn Kil"in futbolçusu Mixael Eberveyn öz komandasının qapısına penalti təyin olunmasına səbəb olub. 23 yaşlı yarımmdafiəçi ehtiyat oyunçu kimi qapı xəttinin arxasında məşq etdiyi vaxt meydançanı tərk edən topa ayağı ilə toxunub. Lakin videotəkrardan sonra məlum olub ki, futbolçu toxunuş edəndə top meydandan çıxmayıb. Buna görə də baş hakim "Holştayn Kil"in formal olaraq 12 oyunçusunun olduğunu bildirərək, qaydalara zidd olduğu üçün Eberveynə sarı vərəqə göstərib və penalti təyin edib. Buna baxmayaraq görüş "Holşteyn Kil"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Almaniya Futbol İttifaqının qaydalarına əsasən, matç komandanın rəsmi nümayəndəsi - ehtiyat və ya əvəzlənən oyunçunun kənardan matça müdaxiləsi səbəbi ilə dayanarsa, qarşılaşma cərimə zərbəsi və ya penailti ilə davam edir. (qol)







Almaniya B.L.

Manuel Noyer zədələndi
  • Almaniya B.L.
  • 23:50 15.12.2025
Manuel Noyer zədələndi
“Borussiya” səfərdə xal itirdi
  • Almaniya B.L.
  • 21:42 14.12.2025
“Borussiya” səfərdə xal itirdi
“Borussiya”dan inamlı qələbə
  • Almaniya B.L.
  • 23:05 07.12.2025
“Borussiya”dan inamlı qələbə
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 22:27 07.12.2025
Bundesliqa klubunda yeni baş məşqçi