- Almaniya B.L.
- 22:52 18.10.2026
Almaniya Bundesliqasının VI turunda “Bayer” doğma meydanda “Frayburq”u, “Hoffenhaym” isə səfərdə Mönhenqladbax “Borussiya”sını 2:1 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, “Bayer” – “Frayburq” matçında hesabı 14-cü dəqiqədə qonaqların futbolçusu Derriy Şerhant açıb. İbrahim Maza 19-cu dəqiqədə tarazlığı bərpa edib. Görüşün 76-cı dəqiqəsində Patrik Şik fərqlənərək Leverkuzen təmsilçisinə qələbə qazandırıb.
Mönhenqladbax “Borussiya”sı ilə “Hoffenhaym” arasındakı qarşılaşmada isə qonaqlar 11-ci dəqiqədə Bambase Kontenin qolu ilə önə keçiblər. Vael Moxiya 49-cu dəqiqədə hesabı bərabərləşdirsə də, Aleksander Prassın vurduğu qol “Hoffenhaym”a üç xal qazandırıb.
Beləliklə, Mönhenqladbax “Borussiya”sı Bundesliqada ardıcıl altıncı məğlubiyyətini alıb.