- Almaniya B.L.
- 23:08 19.10.2026
“Bavariya”nın rəhbərliyi zədədən əziyyət çəkən Camal Musialanın meydana qayıdışı ilə bağlı qərar qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Bayern & Germany” məlumat yayıb.
Mənbənin məlumatına görə, Musiala “Bavariya”nın “Arsenal” və “Frayburq”la qarşıdakı oyunlarını dəqiq buraxacaq. Bununla belə, yarımmüdafiəçi oktyabrın 28-də “Maqdeburq”la kubok matçında, eləcə də oktyabrın 31-də Dortmund “Borussiya”sına qarşı Almaniya çempionatının oyununda məhdud oyun vaxtı ala bilər.
Yarımmüdafiəçi sentyabrın sonunda Almaniya millisinin düşərgəsində olarkən əzələ zədəsi alıb. Daha əvvəl futbolçunun artıq məşqlərə başladığı bildirilmişdi.
Qeyd edək ki, Musiala cari mövsümdə dörd matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.