- Almaniya B.L.
- 23:54 20.10.2026
“Bavariya”nın cinah oyunçusu Maykl Olise sentyabr ayının yekunlarına əsasən klubun ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az -ın məlumatına görə, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Azarkeşlər arasında keçirilən səsvermədə fransalı futbolçu 74,2 faiz səs toplayaraq Harri Keyn və Camal Musialanı qabaqlayıb. Qeyd edək ki, Olise avqust ayında da bu mükafata layiq görülüb.
O, sentyabrda rəsmi oyunlarda altı qol vurub və iki məhsuldar ötürmə edib. Çempionlar Liqasında “Bude-Qlimt”lə (5:0) qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan futbolçu Bundesliqada “Union”la (7:0) görüşdə het-trik edib və Keynin qol vurmasına kömək göstərib.
Bundan əlavə, azarkeşlər Olisenin “Bude-Qlimt”in qapısına vurduğu qolu “Bavariya”nın sentyabr ayındakı ən yaxşı qolu seçiblər.