- Almaniya B.L.
- 23:54 20.10.2026
“Bavariya”nın futbolçusu Serj Qnabri hesab edir ki, “Qızıl top” mükafatı komanda yoldaşı, hücumçu Harri Keynə verilməlidir.
90deqiqe.Az xəbər verir ki, almaniyalı futbolçu bu barədə jurnalist Fabrizio Romanoya açıqlamasında danışıb.
“Onun bu mükafatı qazanması əla olardı. Komanda yoldaşının qalib gəlməsini hər kəs istəyər. Harri inanılmaz il keçirib. Məncə, o, qələbə qazanmaq üçün kifayət qədər iş görüb”, – deyə Qnabri bildirib.
Qeyd edək ki, 33 yaşlı Harri Keyn ötən mövsüm “Bavariya”nın heyətində 61 qol vurub və komandasının Almaniya Bundesliqasında, ölkə kubokunda və Superkubokunda qalib gəlməsinə kömək edib. İngiltərə millisinin heyətində isə hücumçu 2026-cı il dünya çempionatının bürünc medalını qazanıb.