- Almaniya B.L.
- 20:53 22.10.2026
“Bavariya”nın yarımmüdafiəçisi Luis Dias UEFA Çempionlar Liqasının “Arsenal”a qarşı oyununda aldığı zədə səbəbindən dörd-altı həftə yaşıl meydanlardan kənarda qala bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Kerri Hau məlumat yayıb.
Onun sözlərinə görə, Münhen klubunda 29 yaşlı kolumbiyalı futbolçunun təxminən bu müddətdə meydana çıxa bilməyəcəyi ehtimal olunur.
Daha əvvəl “Bavariya” Diasın zədələndiyini rəsmən təsdiqləsə də, onun yaşıl meydanlara qayıdacağı dəqiq tarixi açıqlamayıb.
Tibbi müayinə zamanı futbolçunun sol budunun arxa hissəsində əzələ liflərinin qismən cırılması aşkarlanıb.