- Almaniya B.L.
- 23:04 22.10.2026
Almaniyanın nəhəng klubu “Bavariya” səhmlərinin bir hissəsini sataraq 250 milyon avro əldə edəcək.
90deqiqe.Az-ın “Sky Sports DE”yə istinadən məlumatına görə, bununla da Münhen təmsilçisinin səhmdarlarının sayı dördə yüksəlib.
“Viessmann Generations Group” “Bavariya”nın dördüncü səhmdarı olub. Almaniya klubu səhmlərinin 6,7 faizini satmaqla 250 milyon avro vəsait əldə edəcək.
Daha əvvəl klubun səhmlərini “Adidas”, “Allianz” və “Audi” şirkətləri əldə etmişdilər.
Qeyd edək ki, səhmlərin son satışından sonra “Bavariya” klubun 70 faizinə sahib olmağa davam edir. Məlumata əsasən, Münhen təmsilçisi gələcəkdə yenidən səhm satışı həyata keçirməyi planlaşdırmır.