24 oktyabr 2026. Şənbə

“Bavariya”nın baş məşqçisi xəstəxanaya yerləşdirildi


“Bavariya”nın baş məşqçisi xəstəxanaya yerləşdirildi

“Bavariya”nın baş məşqçisi Vensan Kompani təcili olaraq xəstəxanaya yerləşdirilib.  

90deqiqe.Az-ın “Sky” telekanalına istinadən məlumatına görə, belçikalı mütəxəssis tibb müəssisəsinə təcili tibbi yardım avtomobili ilə aparılıb. Kompani məşqdən sonra huşunu itirdiyi üçün dərhal xəstəxanaya çatdırılıb.

Məlumata əsasən, son vaxtlar belçikalı mütəxəssis virus infeksiyasından əziyyət çəkib. Mətbuatda onun bud-çanaq nahiyəsində güclü ağrılar yaşadığı barədə də xəbərlər yayılıb.

Qeyd edək ki, oktyabrın 25-də “Bavariya” Almaniya çempionatının növbəti turunda səfərdə “Frayburq”la qarşılaşacaq. Münhen təmsilçisi turnir cədvəlinə başçılıq edir, lakin Dortmund “Borussiya”sı əlavə göstəricilərə görə liderdən geri qalır.







Almaniya B.L.