24 oktyabr 2026. Şənbə

“Bavariya” Kompaninin səhhəti ilə bağlı açıqlama yaydı


“Bavariya” Kompaninin səhhəti ilə bağlı açıqlama yaydı

“Bavariya” klubun baş məşqçisi Vensan Kompaninin səhhəti ilə bağlı rəsmi açıqlama yayıb.

90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Kompaninin səhhəti cümə günü keçirilən məşq zamanı pisləşib və o, tibbi yardıma ehtiyac duyub.

“Vensan Kompani xəstəxanada ətraflı müayinədən keçiriləcək və həkimlərin nəzarəti altında qalacaq. Əlavə göstəriş verilənədək məşq prosesi və oyunlarla bağlı məsələləri onun məşqçilər korpusu idarə edəcək”, – deyə klubun sosial şəbəkələrdəki paylaşımında qeyd olunub.

Daha əvvəl mətbuatda belçikalı mütəxəssisin məşq zamanı huşunu itirdiyi və təcili olaraq xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, “Bavariya” oktyabrın 25-də Bundesliqanın VII turunda “Frayburq”la qarşılaşacaq.







Almaniya B.L.