- Almaniya B.L.
- 23:48 23.10.2026
“Bavariya”nın idarə heyətinin üzvü Uli Höness komandanın baş məşqçisi Vensan Kompani barədə danışıb və onunla müqavilənin uzadılmasını istədiyini bildirib.
90deqiqe.Az xəbər verir ki, “Welt” nəşri Hönessin fikirlərini belə çatdırıb.
“Onunla bağlı bəxtimiz gətirib. Hazırda “Bavariya” üçün ondan daha yaxşı baş məşqçi təsəvvür edə bilmirəm. Bu yaxınlarda Vensana müqaviləsini uzatmağımızın yaxşı olacağını dedim. Halbuki hazırkı müqaviləsi 2029-cu ilin ortalarınadək qüvvədədir. Sabah özü bu məsələ ilə bağlı bizə müraciət etsə, müqaviləni dərhal rəsmiləşdirmək üçün şəxsən mən məşğul olardım”, – deyə Höness bildirib.
Qeyd edək ki, Hönessin müsahibəsindən sitatlar Vensan Kompaninin məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilməsi barədə xəbərlər yayıldıqdan sonra gündəmə gəlib.