- Almaniya B.L.
- 20:58 24.10.2026
Almaniya Bundesliqasının VII turunda “Auqsburq” doğma meydanda “Union Berlin”lə heç-heçə edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matçın 19-cu dəqiqəsində Berlin təmsilçisi azlıqda qalıb. Buna baxmayaraq, meydan sahibləri say üstünlüyündən yalnız ikinci hissədə yararlana biliblər. “Auqsburq”un heyətində Massenqo fərqlənib.
Lakin meydan sahiblərinin üstünlüyü uzun çəkməyib. “Union Berlin”in futbolçusu Haberер hesabı bərabərləşdirərək komandasına bir xal qazandırıb.
Bu nəticədən sonra 9 xala malik “Auqsburq” turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. Altı xalı olan “Union Berlin” isə sonuncudan əvvəlki sırada yer alır və aşağı liqaya düşmə zonasında qalır. Bundesliqanın turnir cədvəlində komandalar arasında xal fərqinin az olması mübarizəni daha da gərginləşdirir.