- Almaniya B.L.
- 20:58 24.10.2026
Almaniya Bundesliqasında “Leypsiq” doğma meydanda “Elversberq”i böyük hesabla məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün ilk hissəsi “Leypsiq” üçün uğursuz keçib. Meydan sahibləri qapı çərçivəsinə zərbə endirə bilməyiblər. Lakin fasilədən sonra vəziyyət tamamilə dəyişib.
İkinci hissənin əvvəlində Qomis hesabı açıb. Daha sonra Romulo dubl edib, Baumqartner isə bir qolla yadda qalıb.
Beləliklə, 4:0 hesablı qələbə qazanan “Leypsiq” turnir cədvəlində ilk beşliyə yüksəlib. “Elversberq” isə cədvəlin orta sıralarına yaxınlaşıb.