- Almaniya B.L.
- 20:58 24.10.2026
Almaniya çempionatının VII turunda “Verder” səfərdə “Maynts” üzərində qələbə qazanıb.
90deqiqe.Az xəbər verir ki, qarşılaşma Bremen təmsilçisinin 3:2 hesablı üstünlüyü ilə başa çatıb.
Matçın 7-ci dəqiqəsində Niklas Füllkruq penaltini dəqiq yerinə yetirərək qonaqları hesabda önə çıxarıb. O, 25-ci dəqiqədə yenidən penaltidən fərqlənərək dubl edib.
Meydan sahibləri 33-cü dəqiqədə Antoni Kasi ilə fərqi azaltsalar da, “Verder” ikinci hissədə yenidən hesab arasındakı fərqi artırıb. 61-ci dəqiqədə Lyudovit Reys komandasının üçüncü qolunu vurub.
Cəmi iki dəqiqə sonra Li Ce Son “Maynts”ın ikinci qoluna imza atıb. Lakin qalan dəqiqələrdə hesab dəyişməyib və “Verder” səfərdən üç xalla ayrılıb.