- Almaniya B.L.
- 22:52 24.10.2026
“Bavariya” daha bir futbolçusunun xidmətindən məhrum olub.
90deqiqe.Az-ın “Bild” nəşrinə istinadən məlumatına görə, Münhen təmsilçisinin yarımmüdafiəçisi Aleksandr Pavloviç baldır əzələsində narahatlıq hiss edir. Bu səbəbdən o, Almaniya çempionatının növbəti turunda “Frayburq”a qarşı keçiriləcək oyunu buraxacaq.
Daha əvvəl “Bavariya”nın qapıçısı Manuel Noyerin də bu qarşılaşmada iştirak etməyəcəyi açıqlanıb.
Hazırda Münhen klubunun heyətində Camal Musiala və Luis Dias da zədə səbəbindən müalicə alırlar. Coşua Kimmixin isə ailəsində baş verən faciə ilə əlaqədar daha bir oyunu buraxacağı gözlənilir. O, həftə ərzində UEFA Çempionlar Liqasında “Arsenal”a qarşı keçirilən matçda da iştirak etməyib.
Qeyd edək ki, “Frayburq” – “Bavariya” görüşü oktyabrın 25-də Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.