- Almaniya B.L.
- 22:52 24.10.2026
Almaniya Bundesliqasının VII turunda Dortmund “Borussiya”sı Frankfurt “Ayntraxt”ını məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün böyük hissəsində komandalar hesabı aça bilməyiblər. Matçın taleyi 80-ci dəqiqədə həll olunub. Maksimilian Bayer Coob Bellinqhemin məhsuldar ötürməsindən sonra topu rəqib qapısından keçirərək “Borussiya Dortmund”a qələbə qazandırıb.
Qoldan sonra “Ayntraxt” hesabı bərabərləşdirməyə çalışsa da, Frankfurt təmsilçisi bunu bacarmayıb. Dortmund klubu sonadək üstünlüyünü qoruyaraq üç xal qazanıb.