- Almaniya B.L.
- 16:43 25.10.2026
“Bavariya”nın fəxri prezidenti və direktorlar şurasının üzvü Uli Hönes Münhen klubunun futbolçusu Maykl Olisenin “Barselona”nın gənc ulduzu Lamin Yamalldan daha üstün olduğunu düşünür.
90deqiqe.Az xəbər verir ki, Hönes bu barədə “The Touchline” nəşrinə açıqlamasında danışıb.
“Olise dünyanın ən yaxşı futbolçusu olmaq yolundadır. Mənim fikrimcə, o, Lamin Yamalldan daha yaxşıdır. Maykl qollar vurur, məhsuldar ötürmələr edir və yüksək sürətə malikdir. Əslində, o, ideal futbolçudur”, – deyə Hönes bildirib.
Qeyd edək ki, 2026/2027 mövsümündə Maykl Olise 10 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 9 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Olise “Qızıl top” mükafatına namizəd olan 30 futbolçu arasında yer alır.