25 oktyabr 2026. Bazar günü

“Hoffenhaym” “Bayer”i darmadağın etdi


“Hoffenhaym” “Bayer”i darmadağın etdi

Almaniya Bundesliqasının 7-ci turunda “Hoffenhaym” doğma meydanda “Bayer”i 3:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmanın ilk hissəsində təhlükəli hücumların sayı az olub və komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Matçın taleyini həll edən əsas hadisə 79-cu dəqiqədə yaşanıb. Hakim “Bayer”in qapısına penalti təyin edib. Topa yaxınlaşan Andrej Kramariç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək “Hoffenhaym”ı hesabda önə keçirib.

Bərabərlik qolunu vurmaq üçün vaxtı olan “Bayer” hesabı dəyişə bilməyib. Əvəzində, görüşün son dəqiqələrində Aleksander Prass və Maks Mörştedt fərqlənərək “Hoffenhaym”ın 3:0 hesablı qələbəsini rəsmiləşdiriblər.







Almaniya B.L.

“Verder” “Maynts”ı məğlub etdi
  • Almaniya B.L.
  • 20:50 24.10.2026
“Verder” “Maynts”ı məğlub etdi