- Almaniya B.L.
- 22:46 25.10.2026
Almaniya Bundesliqasının 2026/2027-ci illər mövsümünün 7-ci turunda “Bavariya” səfərdə “Frayburq”a 3:1 hesabı ilə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Frayburq şəhərindəki “Europa-Park” stadionunda keçirilən görüşün baş hakimi Berlindən olan Feliks Tsveyer olub.
Matçda hesab 16-cı dəqiqədə açılıb. Münhen təmsilçisinin müdafiəçisi Dayo Upamekano komandasını önə keçirib. 42-ci dəqiqədə vinger Serj Qnabri “Bavariya”nın üstünlüyünü iki topa çatdırıb.
Qarşılaşmanın 82-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Tom Bişof avtoqol müəllifi olub və “Frayburq” fərqi minimuma endirib. Lakin 90+5-ci dəqiqədə “Bavariya”nın vingeri Maykl Olise son nöqtəni qoyaraq yekun hesabı müəyyənləşdirib — 3:1.
Bu qələbədən sonra “Bavariya”nın xallarının sayı 17-yə çatıb. Eyni xala Dortmund “Borussiya”sı da malikdir. “Frayburq” isə 13 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.