26 oktyabr 2026. Bazar ertəsi

Harri Keyn “Borussiya” ilə oyun öncəsi açıqlama verdi


Harri Keyn “Borussiya” ilə oyun öncəsi açıqlama verdi

“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqanın Dortmund “Borussiya”sı ilə qarşıdakı matçı barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, futbolçu liqanın mətbuat xidmətinə açıqlamasında hər iki komandanın mövsümə yaxşı başladığını vurğulayıb.

“Hazırda xallarımız bərabərdir və hər iki komanda mövsümə yaxşı başlayıb. Bu, həmişə böyük oyundur, xüsusilə də öz meydanımızda. Qələbə qazanmaq istəyirik”, – deyə Keyn bildirib.

İngiltərəli hücumçu çərşənbə günü Almaniya Kuboku çərçivəsində “Maqdeburq”la da vacib qarşılaşmalarının olduğunu xatırladaraq, bərpa prosesinə xüsusi diqqət yetirməli olduqlarını qeyd edib.

Bundesliqanın 8-ci turu çərçivəsində “Bavariya” ilə Dortmund “Borussiya”sı oktyabrın 31-də Münhendəki “Alyans Arena”da üz-üzə gələcəklər.

Çempionatın ilk yeddi turundan sonra hər iki komandanın hesabında 17 xal var. Onlar turnir cədvəlinə liderlik edirlər.







Almaniya B.L.

“Verder” “Maynts”ı məğlub etdi
  • Almaniya B.L.
  • 20:50 24.10.2026
“Verder” “Maynts”ı məğlub etdi