27 oktyabr 2026. Çərşənbə axşamı

“Mən dünyanın ən yaxşı futbolçularından biriyəm”


“Mən dünyanın ən yaxşı futbolçularından biriyəm”

“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl top” mükafatının təqdimetmə mərasiminə gəlişi zamanı açıqlama verib. İngiltərə millisinin üzvü mükafatın əsas favoritlərindən biri hesab olunur.

90deqiqe.Az xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.

“Mən burada olduğum üçün çox şadam. Ailəm və dostlarım da mənimlədir. Bu, möhtəşəm tədbirdir və ümid edirəm ki, axşam da əla keçəcək.

İlk onluqda çoxlu istedadlı futbolçu var, amma təbii ki, mənim də şansım var. Mən dünyanın ən yaxşı futbolçularından biriyəm və ümid edirəm ki, bu axşam mənim üçün xüsusi olacaq.

Düzünü desəm, bir qədər həyəcanlıyam. Bu, futbol matçında iştirak etməyə bənzəmir. İndi isə sadəcə gözləmək qalır”, – deyə Keyn bildirib.

 







Almaniya B.L.