- Almaniya B.L.
- 01:21 27.10.2026
“Bavariya”nın qapıçısı Manuel Noyerin bu həftə məşqlərə qayıdacağı gözlənilir.
90deqiqe.Az-ın məlumatına görə, bununla belə, onun Almaniya kubokunun ikinci mərhələsində “Maqdeburq”la oyunda iştirakı sual altındadır.
Təcrübəli qolkiperin ayağında vətər problemi və maye toplanması səbəbindən “Frayburq” (3:1) və “Leypsiq”ə (6:1) qarşı matçları buraxıb. Hər iki görüşdə Münhen təmsilçisinin qapısını Jonas Urbiq qoruyub.
Klubun idman məsələləri üzrə idarə heyətinin üzvü Maks Eberl Noyerin bu həftə ərzində məşqlərə qayıtmalı olduğunu bildirib.
Qapıçının “Maqdeburq”la qarşılaşmada iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar matça yaxın veriləcək.
“Bavariya” rəhbərliyi həftəsonu Dortmund “Borussiya”sı ilə keçiriləcək vacib oyun öncəsi təcrübəli qapıçının sağlamlığını riskə atmaq istəmir.