- Almaniya B.L.
- 21:56 28.10.2026
“Bavariya”nın baş məşqçisi Vensan Kompaninin səhhətindəki problemin dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “sport.de” nəşri məlumat yayıb.
Məlumata görə, Kompani hadisədən əvvəl bütün günü şiddətli baş ağrılarından əziyyət çəkib. Son günlərdə o, ətraflı nevroloji müayinədən keçsə də, bazar ertəsinə olan məlumata əsasən, həkimlər hələ də dəqiq diaqnoz qoya bilməyiblər.
Oktyabrın 23-də Vensan Kompani “Zebener Ştrasse” bazasında keçirilən məşq zamanı huşunu itirib. Nəticədə belçikalı mütəxəssisin çiyni çıxıb.
Kompani Bundesliqanın VII turunda “Bavariya”nın “Frayburq”la matçını (3:1) buraxıb.
Qeyd edək ki, Münhen təmsilçisi çempionatda keçirdiyi yeddi oyundan sonra 17 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.