28 oktyabr 2026. Çərşənbə

“Bavariya” və “Ayaks” Keniyanın yeni milli stadionunun açılışında oynayacaq


“Bavariya” və “Ayaks” Keniyanın yeni milli stadionunun açılışında oynayacaq

Almaniyanın “Bavariya” və Niderlandın “Ayaks” komandaları arasında yoldaşlıq görüşü 2027-ci il yanvarın 5-də keçiriləcək.

90deqiqe.Az-ın məlumatına görə,qarşılaşma Keniyanın yeni milli stadionunun açılış oyunu olacaq.Bu barədə “Ayaks” klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, UEFA Çempionlar Liqasının altıqat qalibi “Bavariya” ilə dördqat çempionu “Ayaks”ın görüşü Şərqi Afrika üçün əlamətdar futbol hadisəsi olacaq. Qarşılaşma, həmçinin Keniyanın qitə çempionatına ev sahibliyi etməyə hazırlaşması baxımından mühüm mərhələ hesab olunur.

60 min tamaşaçı tutumuna malik yeni arena 2027-ci ildə keçiriləcək Afrika Millətlər Kubokunun oyunlarını da qəbul edəcək.

“Ayaks”ın nümayəndələri stadionun açılışına dəvət olunmaqdan qürur duyduqlarını bildiriblər. Miçel Sançesin rəhbərlik etdiyi komanda üçün bu görüş mövsümün ikinci yarısına hazırlığın yekun mərhələsi olacaq.







Almaniya B.L.