- Almaniya B.L.
- 21:49 30.10.2026
Keçmiş futbolçu Tyerri Anri “Bavariya”nın mərkəz hücumçusu Harri Keynin oyununu dəyərləndirib.
90deqiqe.Az-ın “Goal”a istinadən məlumatına görə, o, ingiltərəli futbolçunun “Qızıl top” mükafatını qazanmasını da şərh edib.
“Keyn zəhmətkeşliyin mükəmməl nümunəsidir. “Qızıl top” tamamilə layiqli mükafatdır və onun bütün karyerası boyu göstərdiyi əzmkarlığın nəticəsidir. Bu, böyük hörmət doğurur”, – deyə Anri bildirib.
Ekspert ingiltərəli hücumçunun universallığını da xüsusi vurğulayıb. Onun sözlərinə görə, Keyn yalnız hücumda deyil, yarımmüdafiədə də komanda yoldaşlarına kömək edir.
Qeyd edək ki, 33 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə keçirdiyi 12 oyunda 10 qol vurub və yeddi məhsuldar ötürmə edib.