- Almaniya B.L.
- 00:36 31.10.2026
Almaniya Bundesliqasının 8-ci turunda “Bavariya” və “Borussiya Dortmund” komandaları oktyabrın 31-də üz-üzə gələcəklər.
90deqiqe.Az-ın məlumatına görə, “Der Klassiker” öncəsi Münhen təmsilçisində Manuel Noyerlə bağlı xoşagəlməz xəbər yaşanıb. “Bavariya”nın köməkçi məşqçisi Aaron Danks qarşılaşma ərəfəsində zədəsi davam edən təcrübəli qapıçı barədə danışıb.
Danks bildirib: “Manuel Noyer üçün hələ bir qədər tezdir. Ayağındakı ağrılar davam edir. Onun vəziyyətini izləməyə davam edirik”.
Beləliklə, almaniyalı qapıçı “Borussiya Dortmund”la vacib oyunda komandasına kömək edə bilməyəcək.
Bu mövsüm “Bavariya”nın heyətində 7 matça çıxan Noyer qapısında 6 qol görüb. Təcrübəli qolkiper 3 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.