31 oktyabr 2026. Şənbə

“Bavariya”nın iki futbolçusu “Borussiya” ilə matçda zədələnib


“Bavariya”nın iki futbolçusu “Borussiya” ilə matçda zədələnib

Münhen “Bavariya”sı Almaniya Bundesliqasının 8-ci turunda Dortmund “Borussiya”sı ilə keçirilən mərkəzi qarşılaşmanın ilk hissəsində əsas heyətin iki futbolçusunu itirib.

90deqiqe.Az xəbər verir ki, matçın 29-cu dəqiqəsində İsmael Saybari oyunu davam etdirə bilməyib. Onu Natanel Braun əvəzləyib.

Cəmi üç dəqiqə sonra Serj Qnabri də zədələnərək meydanı tərk edib. Onun əvəzinə Yoşip Stanişiç meydana daxil olub.

Bu dəyişikliklərdən dərhal sonra qonaqlar hesabı açsalar da, videoyoxlamadan sonra baş hakim Tobias Ştiler ofsayd qeydə alaraq qolu ləğv edib.

38-ci dəqiqədə isə Konrad Laymer Qreqor Kobellə təkbətək mübarizədən qalib ayrılaraq “Bavariya”nı önə keçirib. O, qapıçını yalnız ikinci cəhdində məyus edə bilib.







Almaniya B.L.