1 noyabr 2026. Bazar günü

“Ştutqart” səfərdə “Bayer”i dörd qolla məğlub edib


“Ştutqart” səfərdə “Bayer”i dörd qolla məğlub edib

Almaniya Bundesliqasının 2026/2027-ci illər mövsümünün 8-ci turunda “Ştutqart” səfərdə “Bayer”ə 4:2 hesabı ilə qalib gəlib.

90deqiqe.Az xəbər verir ki, Leverkuzen təmsilçisinin “BayArena” stadionunda keçirilən qarşılaşmasını baş hakim Bencamin Brand idarə edib.

Matçda hesabı 14-cü dəqiqədə “Ştutqart”ın hücumçusu Ermedin Demiroviç açıb. Cəmi səkkiz dəqiqə sonra Ceymi Levelinq qonaqların üstünlüyünü artırıb.

28-ci dəqiqədə “Bayer”in hücumçusu Patrik Şik fərqi azaldıb. Lakin 52-ci dəqiqədə Bilal Əl-Hənnus “Ştutqart”ın üçüncü qolunu vurub. 65-ci dəqiqədə isə Demiroviç dubl edərək hesabı 4:1-ə çatdırıb.

79-cu dəqiqədə Leverkuzen klubunun yarımmüdafiəçisi İbrahim Maza yekun hesabı müəyyənləşdirib – 2:4.

Bu qələbədən sonra “Ştutqart”ın xalları 9-a yüksəlib. “Bayer” isə 13 xalla qalıb. Leverkuzen təmsilçisi liderlər – “Bavariya” və Dortmund “Borussiya”sından 4 xal geri düşüb.







Almaniya B.L.