- Almaniya B.L.
- 23:40 31.10.2026
Almaniya Bundesliqasının VIII turunda “Leypsiq” səfərdə “Şalke” ilə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 37-ci dəqiqədə açılıb. Antonio Nusa penaltini dəqiq yerinə yetirərək “Leypsiq”i önə keçirib. İlk hissənin sonunadək meydan sahibləri hesabı bərabərləşdirə bilməyiblər.
İkinci hissədə də hesab üstünlüyünü qoruyan qonaqlar 78-ci dəqiqədə fərqi artırıblar. Romulo “Şalke”nin qapısına ikinci topu göndərərək oyunun yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə, “Leypsiq” Bundesliqanın VIII turunda səfərdən üç xalla ayrılıb.