1 noyabr 2026. Bazar günü

Mixael Ballak “Bavariya”nın gənc futbolçusunu müdafiə etdi


Mixael Ballak “Bavariya”nın gənc futbolçusunu müdafiə etdi

Almaniya millisinin sabiq futbolçusu Mixael Ballak “Bavariya”nın 18 yaşlı yarımmüdafiəçisi Lennart Karlı müdafiə edib.  

90deqiqe.Az-ın “DAZN”a istinadən məlumatına görə, Ballak klubun fəxri prezidenti Uli Höness və idman direktoru Maks Eberlinin Karl barədə səsləndirdikləri fikirlərlə razılaşmayıb.

Höness Karlın hələ superulduz statusundan uzaq olduğunu bildirərək onu daha təvazökar olmağa çağırıb. O, həmçinin Maykl Olise ilə müqayisələrin gənc futbolçuya fayda vermədiyini vurğulayıb.

“Lennartın ictimaiyyət qarşısında davranışını tənqid etmək tamamilə məqbuldur. Lakin aydındır ki, Ulinin bu sözləri onu ictimaiyyət qarşısında tənqid hədəfinə çevirir”.

Ballak Maks Eberlinin Karlın oyununda geriləmə və yol verdiyi səhvlərlə bağlı son açıqlamalarına da təəccübləndiyini bildirib. Onun fikrincə, bu şərhlər münasib vaxtda səsləndirilməyib, çünki futbolçunun forması nəzərəçarpacaq dərəcədə yaxşılaşır.

Qeyd edək ki, gənc oyunçunun maraqlarını məhz Ballakın agentliyi təmsil edir.Cari mövsümdə Lennart Karl 11 oyunda bir qol vurub və iki məhsuldar ötürmə verib.







Almaniya B.L.