1 noyabr 2026. Bazar günü

Kimmix atasının vəfatından sonra ilk dəfə meydana çıxıb


Kimmix atasının vəfatından sonra ilk dəfə meydana çıxıb

“Bavariya”nın yarımmüdafiəçisi Yoşua Kimmix Dortmund “Borussiya”sı ilə Bundesliqa matçında 2:2 hesablı heç-heçədən sonra müsahibə verib.

90deqiqe.Az-ın məlumatına görə, "Bayern & Germany" nəşri təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

“Əlbəttə, mənim üçün çox, çox ağır həftə oldu. Meydana qayıtdığım üçün sevinirəm. Bu, asan deyildi, amma oyun zamanı heç olmasa qısa müddətə hər şeyi unutmaq mümkün olur.

Komandamızda bu qədər çox zədəli futbolçu olduğunu görəndə ən vacib şeyin sağlamlıq olduğunu anlayırsan. Komandada və məşqçi ilə bağlı baş verənləri, eləcə də mənim şəxsi yaşadıqlarımı nəzərə alsaq, çətin dövr keçirdiyimizi demək ədalətli olar. Birlikdə qalmalı və nəyə qadir olduğumuzu göstərməliyik”

Qeyd edək ki, oktyabrın 21-də futbolçunun atasını itirdiyi məlum olub. Kimmix bu gün baş verən faciədən sonra ilk dəfə meydana çıxıb və oyunu final fitinə qədər davam etdirib. “Bavariya” və Dortmund “Borussiya”sı səkkiz turdan sonra 18 xalla turnir cədvəlinin ilk pilləsini bölüşürlər.







Almaniya B.L.