1 noyabr 2026. Bazar günü

“Bavariya”nın iki futbolçusu sıradan çıxıb


“Bavariya”nın iki futbolçusu sıradan çıxıb

“Bavariya”nın yarımmüdafiəçisi İsmail Saybari və hücumçusu Serj Qnabri bir müddət komandasına kömək edə bilməyəcəklər.

90deqiqe.Az-ın Münhen təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə,  Saybaridə sağ ayaq biləyinin bağlarının qopması diaqnozu qoyulub. Mərakeşli futbolçu artıq uğurlu əməliyyat keçirib. Qnabri isə sol budunun arxa nahiyəsindən əzələ zədəsi alıb. Onların bərpa müddəti açıqlanmayıb.

Hər iki oyunçu şənbə günü Dortmund “Borussiya”sı ilə 2:2 hesablı heç-heçə ilə başa çatan Bundesliqa matçında zədələnib.

Qeyd edək ki, heç-heçədən sonra “Bavariya” turnir cədvəlinin ilk pilləsində, “Borussiya” isə ikinci yerdə qərarlaşıb. Hər iki komandanın aktivində 18 xal var. “Frayburq”un isə 16 xalı var.







Almaniya B.L.