- Almaniya B.L.
- 22:40 01.11.2026
Almaniya Bundesliqasının səkkizinci turunda “Ayntraxt” doğma meydanda “Hamburq”u 3:1 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, Frankfurt təmsilçisi görüşün 10-cu dəqiqəsində Varme Omariyə məxsus avtoqol sayəsində hesabı açıb. Lakin qonaqlar dörd dəqiqə sonra Teremas Moffinin qolu ilə tarazlığı bərpa ediblər.
İkinci hissənin 47-ci dəqiqəsində Rafael Onyedika “Ayntraxt”ı yenidən önə çıxarıb. Oyunun 69-cu dəqiqəsində isə Yunus Ebnutalib Frankfurt klubunun üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.