5 noyabr 2026. Cümə axşamı

Harri Keyn “Bavariya” ilə müqaviləsini 2029-cu ilədək uzadıb


Harri Keyn “Bavariya” ilə müqaviləsini 2029-cu ilədək uzadıb

“Qızıl top” mükafatının son qalibi Harri Keyn Almaniyanın “Bavariya” klubu ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, Münhen təmsilçisinin İngiltərə millisinin hücumçusu ilə yeni sözləşməsi 2029-cu il iyunun 30-dək qüvvədə olacaq.

Keyn 2023-cü ilin yayında “Bavariya”ya keçdikdən sonra komanda ilə iki dəfə Bundesliqa çempionluğu, Almaniya Kuboku və iki dəfə Frans Bekkenbauer Superkubokunu qazanıb.

İngiltərəli forvard Münhen klubunun heyətində indiyədək keçirdiyi 161 rəsmi oyunda 156 qol vuraraq Almaniya və Avropa futbolunda bir sıra rekordlara imza atıb. O, ötən həftə dünyanın ən yaxşı futbolçusu seçilib.

Keyn “Bavariya”dakı çıxışı ərzində hər mövsüm Bundesliqanın bombardiri olub. Bundan əlavə, 2026-cı ildə Almaniyada ilin futbolçusu seçilib, 2023/2024 və 2025/2026-cı illər mövsümlərində isə iki dəfə Avropanın ən sərrast bombardiri kimi “Qızıl buts” mükafatına layiq görülüb.

Qeyd edək ki, İngiltərə millisinin kapitanı olan Harri Keyn yayda Kanada, Meksika və ABŞ-nin birgə ev sahibliyi etdiyi dünya çempionatında komandası ilə üçüncü yeri tutub.







Almaniya B.L.