- Almaniya B.L.
- 23:07 05.11.2026
İngiltərə millisinin hücumçusu Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatması barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, Harri Keyn qərarını şərh edərkən “Bavariya”da özünü evindəki kimi hiss etdiyini bildirib:
“Bavariyada özümü evimdəki kimi hiss edirəm. Bu klubu, azarkeşləri və şəhəri sevirəm. Möhtəşəm komandamız və inanılmaz baş məşqçimiz Vensan Kompaninin olması böyük üstünlükdür. Bu klubun bir parçası olduğum üçün qürur duyuram. Ailəm də burada xoşbəxtdir. Mən komandada qalmaq istəyirdim və bu möhtəşəm kollektivlə daha çox titul qazanmağı səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Münhen klubu33 yaşlı futbolçunun müqaviləsinin 2029-cu ilədək uzadıb.“Bavariya”ya keçənədək peşəkar karyerasında heç bir titul qazanmayan Harri Keyn Almaniya klubunda keçirdiyi üç il ərzində beş kuboka sahib çıxıb. İngiltərəli hücumçu iki dəfə Almaniya çempionu olub, bir dəfə ölkə kubokunu və iki dəfə Almaniya Superkubokunu qazanıb.