7 noyabr 2026. Şənbə

“Bavariya” səfərdə “Maynts”ı məğlub etdi


“Bavariya” səfərdə “Maynts”ı məğlub etdi

Almaniya Bundesliqasının 2026/2027 mövsümünün 9-cu turunda “Bavariya” səfərdə “Maynts”la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “MEWA Arena”da keçirilən görüş Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanı Hannoverdən olan baş hakim Robert Şröder idarə edib.

Matçda hesabı 14-cü dəqiqədə “Bavariya”nın yarımmüdafiəçisi Yoşua Kimmix açıb. 40-cı dəqiqədə VAR “Maynts”ın futbolçusu Li Ce Sunun vurduğu qolu ləğv edib.

“Bavariya”nın qapıçısı Manuel Noyer zədələnərək 45-ci dəqiqədə əvəzlənib. 57-ci dəqiqədə isə Münhen klubunun futbolçusu Lennart Karl komandasının üstünlüyünü iki topa çatdırıb. Görüşün 90+3-cü dəqiqəsində Benedikt Hollerbah meydan sahiblərinin təsəlli qolunu vurub.

Bu qələbədən sonra xallarının sayını 21-ə çatdıran “Bavariya” turnir cədvəlinə başçılıq edir. 10 xalı olan “Maynts” isə 10-cu pillədə qərarlaşıb.







Almaniya B.L.