- Almaniya B.L.
- 21:56 07.11.2026
Almaniya Bundesliqasının 9-cu turunda Dortmund “Borussiya”sı doğma meydanda “Elversberq”i qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dortmund təmsilçisinin heyətində Feliks Nmeça dubl edib.
İlk hissədə hesab açılmayıb. Fasilədən sonra fəallığını artıran “Borussiya” 55-ci dəqiqədə Nmeçanın qolu ilə önə keçib. Yarımmüdafiəçi 71-ci dəqiqədə yenidən fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.
Qonaqlar 81-ci dəqiqədə Noel Futkeunun qolu ilə fərqi azaltsalar da, hesabı bərabərləşdirə bilməyiblər.
Beləliklə, Dortmund “Borussiya”sı çətin mübarizədən qalib ayrılıb.