7 noyabr 2026. Şənbə

“Paderborn” “Ayntraxt”la heç-heçə etdi


“Paderborn” “Ayntraxt”la heç-heçə etdi

Almaniya çempionatında “Paderborn” doğma meydanda Frankfurt “Ayntraxt”ı ilə heç-heçə edib.

90deqiqe.Az-ın məlumatına görə, gərgin keçən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qonaqlar 23-cü dəqiqədə Conatan Burkardtın qolu ilə hesabı açıblar. Lakin fasiləyə az qalmış, 45-ci dəqiqədə Rafael Obermayr tarazlığı bərpa edib.

İkinci hissədə meydan sahibləri 73-cü dəqiqədə Marvin Piringerin qolu ilə önə keçiblər. Bundan cəmi iki dəqiqə sonra isə “Ayntraxt”ın futbolçusu Elias Baum qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Buna baxmayaraq, Frankfurt təmsilçisi oyunun əlavə olunmuş dəqiqələrində Conatan Burkardın ikinci qolu sayəsində məğlubiyyətdən xilas olub.







Almaniya B.L.