- Almaniya B.L.
- 22:00 07.11.2026
Almaniya Bundesliqasının IX turunda “Leypsiq” doğma meydanda “Auqsburq”u böyük hesabla məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçın ilk dəqiqəsində Anton Kade “Auqsburq”u hesabda önə keçirib. Lakin “Leypsiq” ilk hissənin sonlarına doğru üstünlüyü ələ alıb. 34-cü dəqiqədə Ezequiel Banzüzi hesabı bərabərləşdirib, bir dəqiqə sonra isə Kristofer Nkunku meydan sahiblərini önə çıxarıb. İlk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə David Raum fərqi iki topa çatdırıb.
İkinci hissədə də hücumlarını davam etdirən “Leypsiq” 60-cı dəqiqədə Romulonun qolu ilə hesabı 4:1 edib. Altı dəqiqə sonra Kristof Baumqartner daha bir qol vuraraq komandasının üstünlüyünü artırıb.
“Auqsburq” oyunun sonlarında fərqi azalda bilib. Uçenna Oqundu 90+3-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib – 5:2.