- Almaniya B.L.
- 23:34 07.11.2026
Almaniya Bundesliqasının IX turunda “Ştutqart” doğma meydanda “Verder”i 1:0 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmada yeganə qol artıq 7-ci dəqiqədə vurulub. Qrişa Prömelin ötürməsini dəqiq zərbə ilə tamamlayan Maksimilian Mittelştadt meydan sahiblərini önə keçirib.
Erkən qoldan sonra “Ştutqart” üstünlüyünü qorumağa çalışıb. “Verder” isə hesabı bərabərləşdirmək üçün göstərdiyi səylərə baxmayaraq, rəqib qapısına yol tapa bilməyib.
Beləliklə, “Ştutqart” minimal hesablı qələbə ilə üç xal qazanıb.