- Almaniya B.L.
- 22:09 08.11.2026
Almaniya Bundesliqasının doqquzuncu turunda “Bayer” səfərdə “Köln”lə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Leverkuzen təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qonaqlar görüşə fəal başlayıblar və artıq 7-ci dəqiqədə hesabı açıblar. Aleiks Qarsiya komandasını önə keçirib. İlk hissənin qalan dəqiqələrində hesab dəyişməyib.
İkinci hissədə “Köln” bərabərlik qolunu vurmağa çalışsa da, 85-ci dəqiqədə Patrik Şik “Bayer”in üstünlüyünü iki topa çatdırıb.
Meydan sahibləri ruhdan düşməyərək 90+2-ci dəqiqədə Said Əl-Mala ilə fərqi azaldıblar. Lakin qalan vaxtda hesabı bərabərləşdirə bilməyiblər.
Beləliklə, “Bayer” çətin səfər matçından üç xalla ayrılıb.