- Almaniya B.L.
- 17:40 10.11.2026
“Bavariya” klubunun baş məşqçisi Vensan Kompani komandanın bazasına qayıdıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Almaniyanın "TZ" nəşri məlumat yayıb.
Məlumata görə, mütəxəssis səhhətindəki problemlərə görə uzun müddət komandanın yanında olmadıqdan sonra noyabrın 10-da bazaya baş çəkib. Daha əvvəl klub məşqçinin beynəlxalq fasilədən sonra qayıdacağını bildirmişdi.
“Bavariya” Almaniya çempionatının turnir cədvəlində 9 turdan sonra topladığı 21 xalla liderdir. Dortmund “Borussiya”sı da eyni xala malikdir və ikinci pillədə qərarlaşıb.
Münhen təmsilçisi növbəti oyununu noyabrın 20-də “Köln”ə qarşı keçirəcək. Bundesliqanın 10-cu turunun görüşü Bakı vaxtı ilə 22:30-da başlayacaq.