17 noyabr 2026. Çərşənbə axşamı

Vensan Kompani 24 gündən sonra “Bavariya” ilə məşqlərə qayıdıb


Vensan Kompani 24 gündən sonra “Bavariya” ilə məşqlərə qayıdıb

“Bavariya”nın baş məşqçisi Vensan Kompani 24 günlük fasilədən sonra komanda ilə məşqlərə qayıdıb.

90deqiqe.Az-ın məlumatına görə, o, məşq bazasında huşunu itirdikdən sonra ilk dəfə kollektivlə meydanda çalışıb.Bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, belçikalı mütəxəssis meydana fizioterapevt Cerri Hoffmanın müşayiəti ilə çıxıb. Kompaninin sol qolu hələ də dəstəkləyici sarğıda olub. Belə ki, yıxılma zamanı məşqçi çiynini çıxarıb.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə səbəbindən məşqdə az sayda futbolçu iştirak edib. Onların arasında əzələ zədələrindən sonra bərpa olunan Camal Musiala və Luis Dias, Sven Ulrayx, Saşa Boe, eləcə də ikinci komandadan bir neçə gənc futbolçu yer alıb.

Qeyd edək ki, Kompani daha əvvəl də klubun bazasına baş çəkib, lakin yalnız ofisdə işləyib və reabilitasiya mərkəzində futbolçularla görüşüb.

Mütəxəssis cümə axşamı Bundesliqanın 10-cu turunda cümə günü “Köln”lə keçiriləcək matçdan əvvəl mətbuat konfransı keçirəcək.







Almaniya B.L.