19 noyabr 2026. Cümə axşamı

“Bavariya”nın baş məşqçisi Vensan Kompani “Köln”lə oyuna qayıdacaq


“Bavariya”nın baş məşqçisi Vensan Kompani “Köln”lə oyuna qayıdacaq

“Bavariya”nın baş direktoru Yan-Kristian Drizen komandanın baş məşqçisi Vensan Kompaninin səhhəti barədə məlumat verib və onun Bundesliqanın növbəti turunda “Köln”lə matçda texniki zonada olub-olmayacağına aydınlıq gətirib.

90deqiqe.Az xəbər verir ki, Drizen bu barədə “Abendzeitung” nəşrinə danışıb.

“Vensan cümə günü texniki zonaya qayıdacaqmı?” sualına klub rəsmisi belə cavab verib:

“Bəli. Vensan özünü kifayət qədər yaxşı hiss edir. Bu gün onunla görüşdüm. Beyin qişalarının qıcıqlanması keçib. O, artıq çiynindən əməliyyat olunub”.

Qeyd edək ki, noyabrın 20-də “Bavariya” Almaniya Bundesliqasının 10-cu turu çərçivəsində “Köln”lə qarşılaşacaq. Oyun Münhen şəhərindəki “Arena Münhen” stadionunda keçiriləcək.

Xatırladaq ki, daha əvvəl Vensan Kompaninin komandanın məşqini izləyərkən huşunu itirdiyi və xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.







Almaniya B.L.