- Almaniya B.L.
- 02:04 21.11.2026
Almaniyanın “Bavariya” klubunun hücum xəttinin iki aparıcı üzvü Bundesliqanın X turunda “Köln”lə keçirilən oyunda zədələnib.
90deqiqe.Az-ın məlumatına görə, Münhendəki “Arena” stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Bu qarşılaşma baş məşqçi Vensan Kompani üçün xəstəxanadan buraxıldıqdan sonra ilk oyun olub.
Komandanın hücumçusu Harri Keyn zədələndiyi üçün matçın 20-ci dəqiqəsində əvəzlənib. Maykl Olise isə fasilədən sonra meydana qayıtmayaraq oyunu davam etdirə bilməyib.
Qeyd edək ki, “Bavariya”nın digər hücumameyilli futbolçuları İsmail Saybari, Luis Dias və Serj Qnabri də daha əvvəl zədə səbəbindən sıradan çıxıblar.
10 turdan sonra 22 xal toplayan Münhen təmsilçisi turnir cədvəlinə başçılıq edir. Ehtiyatda bir oyunu olan “Borussiya” ilə xal fərqi birdir.
Xatırladaq ki, “Bavariya” noyabrın 25-də UEFA Çempionlar Liqasının V turu çərçivəsində “Lill”lə qarşılaşacaq.