21 noyabr 2026. Şənbə

“Frayburq” səfərdə, “Ayntraxt” isə doğma meydanda qalib gəlib


“Frayburq” səfərdə, “Ayntraxt” isə doğma meydanda qalib gəlib

Almaniya Bundesliqasının X turunda “Frayburq” səfərdə “Elversberq”lə qarşılaşıb. 

90deqiqe.Az-ın məlumatına görə, görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın taleyini həll edən yeganə qolu 68-ci dəqiqədə Matanoviç vurub.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran “Frayburq” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Lider Dortmund “Borussiya”sının 24 xalı var. Ardıcıl ikinci məğlubiyyətini alan “Elversberq” isə 13 xalla səkkizinci sıraya geriləyib.

Turun digər qarşılaşmasında Frankfurt “Ayntraxt”ı “Hoffenhaym”ı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qol 25-ci dəqiqədə vurulub. Ansgar Knauffun məhsuldar ötürməsini qola çevirən Conatan Burkardt komandasına üç xal qazandırıb.

Qalan dəqiqələrdə hesab dəyişməyib və “Ayntraxt” minimal hesablı qələbəsini qoruyub.







Almaniya B.L.