22 noyabr 2026. Bazar günü

Loris Karius “Bavariya”ya mümkün transferi ilə bağlı danışıb


Loris Karius “Bavariya”ya mümkün transferi ilə bağlı danışıb

Almaniyanın “Şalke” klubunun qapıçısı Loris Karius “Bavariya”nın onun xidmətində maraqlı olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az-ın  “Sky”a istinadən məlumatına görə, 33 yaşlı qolkiper transfer iddialarından xəbərdar olduğunu, lakin hazırda bu barədə danışmaq istəmədiyini qeyd edib:

“Bu barədə mən də sizin kimi xəbər tutmuşam. Şayiələri şərh etmək mənim işim deyil və hazırda bunun üçün münasib vaxt deyil. Bu məsələni heç kimlə müzakirə etməmişəm. Gündəlik fəaliyyətimdə üzərimə onsuz da ciddi tələblər qoyulur. “Şalke”də özümü rahat hiss edirəm, burada oynamaqdan zövq alıram. Qarşıdakı həftələrdə bizi çox maraqlı hadisələr gözləyir. Bütün diqqətimi buna yönəltmişəm”.

Qeyd edək ki, daha əvvəl “Bavariya”nın sabiq “Liverpul” qapıçısını heyətinə qatmaq istədiyi barədə xəbərlər yayılıb. Kariusun Gelzenkirxen təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.







Almaniya B.L.