24 noyabr 2026. Çərşənbə axşamı

Upamekano “Bavariya”dakı zədəli futbolçuların vəziyyətindən danışıb


Upamekano “Bavariya”dakı zədəli futbolçuların vəziyyətindən danışıb

“Bavariya”nın mərkəz müdafiəçisi Dayo Upamekano komandadakı zədə problemi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, “Bayern & Germany” təcrübəli futbolçunun sözlərini belə çatdırıb.

 “Komanda üçün çətin dövrdür, lakin heyətimiz güclüdür. Son aylarda az oyun vaxtı alan futbolçular özlərini göstərəcəklər. Buna əminəm. Bir-birimizə dəstək olacaq və əlimizdən gələni edəcəyik. Əlbəttə, bütün zədəli futbolçuların mümkün qədər tez sıraya qayıtmasını istəyirik. Ancaq hazırda onlarsız oyuna köklənməliyik”

Qeyd edək ki, Münhen təmsilçisi bir sıra vacib futbolçularının xidmətindən zədə səbəbindən məhrum olub. Komanda Çempionlar Liqasının növbəti turunda çərşənbə günü səfərdə “Lill”lə qarşılaşacaq.“Bavariya” – “Lill” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Almaniya B.L.