- Almaniya B.L.
- 20:47 28.11.2026
Almaniya Bundesliqasının 2026/2027 mövsümünün 11-ci turu çərçivəsində “Hamburq” və “Bavariya” komandaları arasında keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Hamburqdakı “Folksparkştadion”da baş tutan qarşılaşmanı baş hakim Bastian Dankert idarə edib. Tərəflərdən heç biri matç ərzində fərqlənə bilməyib – 0:0.
Görüşün 44-cü dəqiqəsində “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Münhen təmsilçisinin hücum liderləri Maykl Olise və Harri Keyn zədə səbəbindən matçda iştirak etməyiblər. Kolumbiyalı Luis Dias isə meydana yalnız ikinci hissədə daxil olub.
Bu nəticədən sonra “Bavariya” 23 xalla Almaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Münhen klubunun ehtiyatda bir oyunu olan lider Dortmund “Borussiya”sından geri qalması bir xaldır.
“Hamburq” isə aktivindəki xalların sayını 13-ə çatdıraraq turnir cədvəlinin 12-ci pilləsində yer alıb.