28 noyabr 2026. Şənbə

“Çempionluq uğrunda gərgin mübarizəyə hazıram”


“Çempionluq uğrunda gərgin mübarizəyə hazıram”
Rəsmi

“Bavariya”nın baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasında çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, belçikalı mütəxəssis titul uğrunda mübarizənin çətin keçəcəyini gözlədiyini, lakin komandasının diqqətini ilk növbədə öz oyununa yönəltdiyini bildirib.

“Çempionluq uğrunda gərgin mübarizəyə hər zaman hazıram. Hər zaman. Hər mövsümün əvvəlində rəqabətin çətin olacağını gözləyirəm. Rəqiblərimizin yüksək səviyyədə çıxış edəcəyini nəzərə alırıq. Bununla belə, bütün diqqətimizi özümüzə, oyunumuza və meydanda edə biləcəklərimizə yönəldirik”

Qeyd edək ki, “Bavariya” şənbə günü Bundesliqanın 11-ci turunda səfərdə “Hamburq”la qarşılaşıb və qolsuz heç-heçə edib – 0:0.

Bu nəticədən sonra münhenlilər turnir cədvəlinin ikinci pilləsində qərarlaşıblar. Komanda lider Dortmund “Borussiya”sından iki xal geri qalır.







Almaniya B.L.